reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt"ın ilk oyununun vaxtı dəyişdirildi -Konfrans Liqası


"Sumqayıt"ın Konfrans Liqasındakı ilk oyunun vaxtında dəyişiklik edilib.

Sportfm.az xəbər verir ki, bu haqda rəqib Serbiyanın "Çukariçki" klubunun sayt məlumat yayıb. Bu komandalar arasında Konfrans Liqasının II təsnifat mərhələsinin iyulun 22-də səfərdə keçirilməli olan ilk oyunu bir gün əvvələ, iyulun 21-nə keçirilib.

Buna səbəb həmin gün ölkənin digər klubu "Partizan"ın da Konfrans Liqasında Slovakiyanın "Dunayska Streda" komandası ilə ev oyununa çıxmasıdır. UEFA-nın qaydalarına əsasən, bir ölkənin iki komandası eyni gündə evdə avrokubok matçı oynaya bilməz.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtdakı "Kapital Banl Arena"da olacaq.

Oxşar xəbərlər

“Zirə” – “Dunayska Streda” - Mətbuat konfranslarının vaxtı
“Neftçi”nin oyununun başlama vaxtı dəyişdirildi
"Sumqayıt" Serbiya klubuna qarşı - Konfrans Liqası
"Qarabağ" və "Sumqayıt"ın cavab oyunlarının hakimləri - Konfrans Liqası
Belarusdakı oyunun yeri dəyişdirildi - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər