"Qarabağ" və "Sumqayıt"ın cavab oyunlarının hakimləri -Konfrans Liqası
"Qarabağ" və "Sumqayıt"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyunlarına təyinatlar açıqlanıb.
Sportfm.az xəbər verir ki, Ağdam klubu və İsrail "Aşdod"u arasındakı matçı serbiyalı Novak Simoviç idarə edəcək. Ona yan xətt hakimləri Nikola Coroviç və Miloş Simoviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandar Jivkoviç yerinə yetirəcək.
"Sumqayıt"ın Serbiyanın "Çukariçki" komandası ilə oyununda isə ədaləti danimarkalı Yorgen Burxardt qoruyacaq. Yan xətt hakimləri Lars Hummelqard və Nils Hög, dördüncü hakim Sandi Putros olacaq.
Qeyd edək ki, iyulun 29-da oynanılacaq "Sumqayıt" - "Çukariçki" görüşü saat 20:00-da, "Aşdod" - "Qarabağ" oyunu isə Bakı vaxtı ilə 21:00-da başlayacaq. Komandalar arasında ilk matçlar müvafiq olaraq, 21 və 22 iyulda baş tutacaq.
Oxşar xəbərlər
"Qarabağ", "Sumqayıt" və "Keşlə" cavab matçına çıxır - Konfrans Liqası
“Sumqayıt” – “Çukariçki” oyununun hakimləri - Konfrans Liqası
"Qarabağ" üçün polşalı hakim - Kşiştof Yakubik
"Qarabağ" - "Molde" matçının hakimləri məlum oldu
Azərbaycan - İsveçrə matçının hakimləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası