reklam
Rəşad Sadıqovdan Emreliyə dəstək -
Sportfm.az xəbər saytı

Rəşad Sadıqovdan Emreliyə dəstək -“Mahir, yolun açıq olsun"


"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Polşanın"Legiya" klubuna keçən Mahir Emreliyə dəstək olub. 

Sportfm.az xəbər verir ki, bu barədə şəxsi İnstaqram hesabından paylaşım edən "Qarabağ"ın və millinin keçmiş kapitanı komanda yoldaşı olmuş futbolçuya Azərbaycanı layiqincə təmsil edəcəyinə inandığını yazıb:

“Mahir, yolun açıq olsun. Əminəm ki, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəksən". 

23 yaşlı hücumçu isə Rəşad Sadıqovun paylaşımına cavab olaraq İnstaqram hesabında bunları yazıb:  "Buralara gəlib çıxmağımda ən önəmli rolu olan insanlardan biri, kapitanım, hər şeyə görə çox sağ ol". 

Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb.

Oxşar xəbərlər

Mahir Emreli Vətənə qayıtdı - FOTO
Mahir Emreli FİFA agenti ilə işləyəcək - RƏSMİ
"Sadəcə, bəxt amili çatmır..." - Mahir Emreli
Mahir Emreliyə 3 illik müqavilə - Detallar bilindi
Rəşad Sadıqov "Qarabağ"dan ayrıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər