Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Karateçilərimiz Xorvatiyadan 8 medalla döndürlər
Yeniyetmə və gənclərdən ibarət seçmə komandanın üzvləri Xorvatiyada beynəlxalq turnirdən 8 medal qazanıblar. Mükafatların beşi qızıl, üçü isə bürüncdür.
Sportfm.az xəbər verir ki, Samobor şəhərində 26-cı Xorvatiya "Qran Pri"sində fəxri kürsünün ən yüksək pilləsinə Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, -52 kq), Elcan Məmədrzayev (-60 kq), Asiya Məlikova (-50 kq) və İrina Zaretska (+68 kq, hər üçü 18-20 yaşlı gənclər seçmə komandasının üzvü) və Sahib Əhədov (yuxarı yaşlı fiziki qüsurlu dmançılar arasında) çıxıb. Mədinə Sadıqova (14-15 yaşlı yeniyetmələr, -47 kq), Vüsal Kamallı (-75 kq) və Fəridə Əliyeva (+68 kq, hər ikisi 18-20 yaşlı gənclər) isə 3-cü yeri tutub. Daha 5 idmançımız bürünc medal uğrunda görüşlərdə qələbəni əldən verib.
Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımızı daha məsul yarış, 17-19 fevral tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada növbəti Avropa çempionatı gözləyir. İdmançılarımız seçmə komandaların məşqçiləri Anar Allahverdiyev, Qurban Tağıyev, Şahin Xudaverdiyev, Vahid Ayvazov və Vüqar Kərimovun rəhbərliyi ilə qarşıdakı yarışa hazırlıqları davam etdirəcəklər.
Oxşar xəbərlər
Gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandı - FOTO
Karateçilərimiz Qran Pri turnirini 10 medalla başa vurdu - FOTO
Komandalarımız Avropa çempionatına yollandı
29 karateçimiz Xorvatiyada sınaqdan keçəcək
Karateçilərimiz Avropa çempionatında 4 medal qazandılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası