"Bir neçə klubdan təklif almışam" -Azər Salahlı
"Komandada ab-hava yüksək səviyyədədir. Hər kəs bu oyunun məsuliyyətini dərk edir. Ona görə də hər bir oyunçu oyuna ciddi hazırlaşır".
Bu sözləri açıqlamasında "Keşlə"nin müdafiəçisi Azər Salahlı Azərbaycan kubokunun finalında "Sumqayıt"la keçiriləcək oyun haqda danışarkən deyib.
27 yaşlı müdafiəçi sabahkı oyunu səbirsizliklə gözlədiklərini bildirib: "Məşqlər öz axarında davam edir. Birazdan "Sumqayıt"la oyunun son məşqinə çıxacağıq. Hər kəs sabahkı görüşün start fitinin səslənməsini gözləyir. Oyuna son dərəcə yüksək motivasiya ilə köklənmişik”.
"Keşlə" ilə müqaviləsi başa çatan futbolçu Rusiyanın bir neçə klubunda təklif aldığını qeyd edib: "Bir sıra klublar mənimlə yaxından maraqlanır. Rusiya Premyer Liqasında çıxış edən bir neçə klubdan təklif almışam. Yerli klublar da var. Amma mövsüm davam edir. Mövsümü layiqincə tamamlamaq istəyirəm. Bir müddətdən sonra təklifləri nəzərdən keçirib uyğun olanını dəyərləndirəcəyəm”.
Milli komandamızın üzvü yığmamızın qarşıdan gələn Türkiyə, Belarus və Moldova ilə yoldaşlıq oyunlarına da toxunub: "Yoldaşlıq görüşü olmasına baxmayaraq, çox vacib hesab edəcəyimiz görüşlərdir. Türkiyənin yaxşı heyəti var, onlara Avropa çempionatında uğurlar arzu edirəm. Hər 3 görüşə qələbə üçün çıxacağıq. Bu oyunlar bizim üçün çox vacibdir. Yalnız gözəl oyun və qələbə haqda düşünürük". (Qol.az)
Oxşar xəbərlər
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim” - Açıqlama
"Mahir pis başlamayıb" - Vaqif Cavadov
"Xalqımızı qələbə ilə sevindirmək istəyirik" - Azər Salahlı
Roberto Bordin: "Nəticəni birlikdə görəcəyik"
Bosniyalı futbolçu: Azərbaycandan əla təklif almışam
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü















Misli Premyer Liqası