reklam
Bosniyalı futbolçu: Azərbaycandan əla təklif almışam
Sportfm.az xəbər saytı

Bosniyalı futbolçu: Azərbaycandan əla təklif almışam


Artıq neçə vaxtdır Bosniya və Herseqovinanın bir neçə klubu ilə danışıqlar aparıram. Amma  Azərbaycan və Qazaxıstandan iki əla təklif almışam. 

Sportfm.az xəbər verir ki, bunu bosniya və herseqovinalı futbolçu Edin Rustemoviç deyib. Azərbaycandan təklif aldığını iddia edən 25 yaşlı yarımmüdafiəçi həmin klubun adını açıqlamağı lazım bilməyib:"Bu təkliflər mənim üçün çox cəlbedicidi. Həftənin sonunadək karyeramı harada davam etdirəcəyimlə bağlı qərar verəcəm. Seçim etmək çətin olacaq. Amma ölkə xaricinə üz tutacağım daha real görünür". 

Qeyd edək ki, Almaniyada anadan olan bosniyalı futbolçu əvvəllər "Drina", "Sarayevo" (hər ikisi Bosniya və Herseqovina), OFK, "Sinceliç" (hər ikisi Serbiya) klublarında çıxış edib. 2017-ci ilin yayında "Adana Demirspor"a keçən yarımmüdafiəçi Türkiyə klubunda möhkəmlənməkdə çətinlik çəkib. I liqada cəmi 2 oyun keçirən futbolçu oktyabrdan klubsuzdu.

Oxşar xəbərlər

Pyaniç Avropadan getdi - Keçid
Elvin Yunuszadə Türkiyə klubundan təklif aldı - "Danışıqlar oldu"
Kolumbiyalı futbolçu Azərbaycandan təklif aldı
Azərbaycan millisində oynamaqdan imtina etdi - "Türkiyə millisində oynamaq istəyirəm"
Musa Azərbaycana gəlmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər