MPK-nın prezidenti para-taekvondoçuları qəbul etdi -FOTO
Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Avropa Təsnifat Turnirində iştirak etmiş parataekvondoçuları qəbul edib.
Sportfm.az xəbər verir ki, görüşdə MPK-nın baş katibi Kamal Məmmədov, milli komandanın baş məşqçisi Fərid Tağızadə və komandanın digər üzvləri iştirak ediblər.
İ.Rəhimov turnirin komanda üçün uğurlu olduğunu bildirib və bu yarışda Tokio-2020 Yay Paralimpiya Oyunlarına 4 lisenziya qazanmış idmançıları təbrik edib. Paralimpiya Oyunlarına çox az vaxt qaldığını vurğulayan komitə rəhbərinin sözlərinə görə, bu müddət ərzində hazırlıqlar daha intensiv, məqsədli olmalıdır: "Əsas hədəf olan paralimpiadaya cəmi 3 ay vaxt qalıb. Bu müddətdə var qüvvənizlə məşq etməli və ümidləri doğrultmalısınız. Siz orada zəfər çalıb üçrəngli bayrağımızı zirvələrə ucaldmalısınız. Yenilməzlər, zəfərə doğru!".
F.Tağızadə turnirin gərgin mübarizə şəraitində keçdiyini, bununla belə, qarşıya qoyulan əsas hədəfə - Tokio-2020-yə lisenziyalar qazanmağa nail olunduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları indiyədək 5 idman növündə 13 lisenziya qazanıblar. Vəsiqələrdən 4-ü para-taekvondo, hərəyə 3-ü atletika və üzgüçülük, 2-si güllə atıcılığı, 1-i pauerliftinq növlərində əldə olunub. Para-taekvando Paralimpiya Oyunlarının proqramına ilk dəfə salınıb.
Oxşar xəbərlər
Paralimpiya komandamızdan rekord sayda lisenziya - Tokio-2020
11 lisenziya - cüdoçularımızın uğuru
Daha 5 idmançımız lisenziya qazandı - Tokio-2020
Paralimpiyaçılarımızdan 9 lisenziya - Tokio-2020
İdmançılarımızdan Paralimpiya Oyunlarına ikinci lisenziya
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
XI turun oyun cədvəli - II Liqa
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO














Misli Premyer Liqası