11 lisenziya -cüdoçularımızın uğuru
Azərbaycan idmançıları Tokio-2020 Yay Paralimpiya Oyunlarına daha 11 lisenziya əldə edib.
Sportfm.az xəbər verir ki, həmin vəsiqələrə reytinq xarakterli yarışlarda yüksək nəticələr əldə etmiş 6 kişi və 5 qadın para-cüdoçu sahib olub.
XVI Yay Paralimpiya Oyunlarında kişilərdən Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq), qadınlardan isə Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (+70 kq) iştirak hüququ qazanıb.
Beləliklə, qarşıdakı Oyunlara qazanılmış lisenziyaların sayı 31-ə çatıb. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü para-taekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.
Xatırladaq ki, Rio-2016 XV Yay Paralimpiya Oyunlarında Azərbaycanı 22 idmançı təmsil edi. Onlardan 7-si (6 kişi və 1 qadın) para-cüdoçu olub.
Oxşar xəbərlər
Azərbaycanın iki para-atleti finala yüksəldi - Tokio-2020
Paralimpiyaçılarımızdan 36-cı lisenziya - Tokio-2020
Paralimpiyaçılarımızdan daha iki lisenziya - Tokio-2020
Daha 5 idmançımız lisenziya qazandı - Tokio-2020
Cüdoçularımızın dünya reytinqi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa
-
"Neftçi" 6 illik seriyaya son qoydu, "Sabah" vaxtından əvvəl...
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA













Misli Premyer Liqası