
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Daha 5 idmançımız lisenziya qazandı -Tokio-2020
Milli Paralimpiya Komitəsinin (MPK) atletika üzrə milli komandası Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Sportfm.az xəbər verir ki, Elvin Astanov, Elmir Cəbrayılov, Səid Nəcəfzadə, Həmid Heydərli bu hüquqa Açıq Avropa çempionatında, Yelena Çebanu isə reytinq xalları qazandıran yarışlarda yiyələnib.
Beləliklə, Tokio-2020-də Azərbaycanı təmsil edəcək atletlərin sayı 8-ə çatıb. Daha əvvəl Oluxan Musayev, Kamil Əliyev və Samir Nəbiyev dünya çempionatında göstərdikləri nəticələrə görə Oyunlarda iştirak hüququ əldə ediblər.
Musayev, Nəbiyev və Astanov nüvə itələmə, Cəbrayılov və Çebanu qaçış, Əliyev və Nəcəfzadə uzunluğa tullanma, Heydərli isə nizə atma növündə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları indiyədək Tokio-2020-yə 18 lisenziya qazanıblar. Onlardan 8-i atletika, 4-ü para-taekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 1-i pauerliftinq növündəndir.
Oxşar xəbərlər
Paralimpiyaçılarımızdan 36-cı lisenziya - Tokio-2020
Paralimpiya komandamızdan rekord sayda lisenziya - Tokio-2020
Paralimpiyaçılarımızdan daha iki lisenziya - Tokio-2020
Para-atletimiz qızıl medal qazandı - Avropa çempionatı
Paralimpiyaçılarımızdan 9 lisenziya - Tokio-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azarkeşlərinə ekspres avtobuslar ayırdı - “Neftçi”dən jest
-
Pley-off mərhələsinin püşkü atıldı - Region Liqası
-
“Qalatasaray” futbolçusu ilə yeni müqavilə imzaladı
-
AFFA-nın baş katibi səfirlə görüşdü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" – "Araz-Naxçıvan" matçının hakimləri məlum oldu - Azərbaycan Kuboku