İdmançılarımızdan Paralimpiya Oyunlarına ikinci lisenziya
Londonda keçirilən para-üzgüçülük üzrə dünya çempionatında Azərbaycan komandası ilk uğurunu qazanıb.
Sportfm.az xəbər verir ki, komandamızın üzvü Roman Saleh 100 metr məsafəyə arxasıüstə üzmə yarışında 1 dəqiqə 1 saniyə nəticə ilə ikinci yeri tutub. Dünya çempionatında ilk iki yeri tutan idmançılar Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar. R.Saleh bu yarışda “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.
Komandamızın digər üzvü Şamil Şahov yarışa inamlı başlayaraq finala çıxmağı bacarsa da, yekunda səkkizinci yerlə kifayətlənməli olub.
Bununla da Azərbaycan paralimpiyaçıları “Tokio 2020”yə iki lisenziya qazanıblar. Bundan əvvəl parapauerliftinq üzrə yığma komandamızın üzvü Elşən Hüseynov “Tokio 2020”yə lisenziya qazanıb.
Oxşar xəbərlər
Paralimpiya komandamızdan rekord sayda lisenziya - Tokio-2020
Paralimpiyaçılarımızdan 9 lisenziya - Tokio-2020
Azərbaycan Paralimpiya Oyunlarına 7-ci lisenziyasını qazandı
İdmançımız Yay Paralimpiya Oyunlarına lisenziya qazandı
Azərbaycan Olimpiya Oyunlarına yeddinci lisenziyasını qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası