
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
“O, pula görə səviyyəsi aşağı olan Azərbaycan çempionatını seçdi” - Klub prezidenti
Ukraynanın "Olimpik” klubunun prezidenti Vladislav Qelzin Kirill Petrovun "Neftçi”yə keçməsindən danışıb.
Qaynarinfo.Az xəbər verir ki, yerli mətbuata danışan klub rəsmisi oyunçunun Azərbaycan təmsilçisinə yaxşı pul qazanmaq üçün keçdiyini deyib.
O bildirib ki, Petrov ailəsində olan problemləri yalnız "Neftçi”dən yaxşı pul əldə etməklə yoluna qoya bilər: "Onun gedişinə çox təsirləndim. Futbolda elə ayrılıqlar var ki, adam üzülür. O, komanda üçün vacib oyunçulardan idi. Amma Kirill belə istədi. Ona yalnız uğur arzu edə bilərəm. Petrovun ailəsində bəzi problemlər var. Hansı ki, mən onları deyə bilmərəm. Bu səbəbdən də daha çox pul qazanacağı yerə getdi. Kirill pula görə səviyyəsi Ukraynadan aşağı olan Azərbaycan çempionatını seçdi. Onu başa düşmək olar”.
Oxşar xəbərlər
23 yaşlı milyardçı klub sahibi oldu
""Arsenal”la ikinci oyun birinciyə bənzəyəcək" - Kirill Petrov
Mariya Stadnik: "Məni Azərbaycana satdılar…"
Ruslan Abışov yenidən doğma klubunda
“Neftçi” müraciət etdi - "İslahatlara əl atmağa hazırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin