reklam
Mariya Stadnik:
Sportfm.az xəbər saytı

Mariya Stadnik: "Məni Azərbaycana satdılar…"


Sportfm.az xəbər verir ki, sərbəst güləş üzrə Avropa çempionu, əslən Ukraynadan olan Mariya Stadnik ukraynalı jurnalistlərə Azərbaycan yığmasına keçidi haqda danışıb.
 
"Məni Azərbaycanı dəstəkləməyə məcbur edən detalları bilmirəm, amma məni indiyə qədər xain adlandırırlar. Mənə tez-tez deyirlər ki, mən satıldım. Ancaq bu heç də belə deyil. Əslində, məni satdılar. Ukrayna federasiyası mənə görə yaxşı kompensasiyalar aldı. Yəni mən satılmadım, məni satdılar. Artıq dəqiq məbləğ xatırlamıram və təxminini danışmaq da istəmirəm ki, məni sonra buna görə qınasınlar. Amma o vaxt üçün bu yaxşı pul idi" deyə Mariya Stadnik bildirib.
 
Xatırladaq, Mariya Stadnik Azərbaycan yığmasının tərkibində Rio-da gümüş medal qazanıb.(virtualaz.org)

Oxşar xəbərlər

Stadnik yarımfinalda - Olimpiya Təsnifat turniri
Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu
Mariya Stadnik Bakıya qayıtdı - Milli ilə məşqlərə başladı
Mariya Stadnik finalda - Poland Open
Qadın idmançımız Las-Veqas kazinosunda pul uddu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər