reklam
Azərbaycan yığmalarının heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Azərbaycan yığmalarının heyəti açıqlandı -Kiyev turniri üçün


Sabah güləş üzrə Kiyev turniri start götürəcək.
Sportfm.az xəbər verir ki, Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilərimiz təmsil edəcək. Sərbəst güləş yığmamız böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 12 idmançı ilə turnirdə çıxış edəcək. Heyətdə Mahir Əmiraslanov, Əfqan Xaşalov, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) yer alıb.
Fevralın 28-dək davam edəcək yarışda qadınlardan ibarət millimiz 9 güləşçiylə qüvvəsini sınayacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) Kiyevdə uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı və Həbib Nurulu təmsil edəcək.

 

Oxşar xəbərlər

Azərbaycan güləşçiləri reytinq turnirinə qatılacaq
Millimiz təlim-məşq toplanışına başladı - Ukraynada
Toğrul Əsgərov yenidən yığmada
Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər