reklam
Sumqayıtda şahmat çempionatı keçirildi -
Sportfm.az xəbər saytı

Sumqayıtda şahmat çempionatı keçirildi -FOTO


Sumqayıt Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə www.chess.com internet portalında sürətli şahmat (BLİTZ) üzrə kişi və qadınlar arasında onlayn Sumqayıt çemponatı keçirilib.

Sportfm.az xəbər verir ki, 3 dəqiqə olmaqla 9 turdan ibarət İsveçrə sistemi üzrə baş tutan yarışda 74-ə yaxın şahmatçı iştirak edib.

Qeyd edək ki, yarış koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün idman məktəblərində, cəmiyyət və klublarda təlim-tərbiyə prosesinin müvəqqəti olaraq dayandırıldığından idmançıların ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün onlayn formatda təşkil edilib.

Maraqlı mübarizə şəraitində keçən çempionatda qadınlar arasında Səbinə Rzalı (7 xal) birinci, Aytac Kərimli (6 xal, ə=30,5) ikinci, Nurtən Nuriyeva (6 xal, ə=27,5) isə üçüncü yeri tutmuşlar. Kişilərin mübarizəsində Murad İbrahimli (9 xal), Rüstəm Rüstəmov (7 xal, ə=38) və Yunis Mahmudzadə (7 xal, ə=37) müvafiq olaraq birinci, ikinci, üçüncü yerlərə layiq görülmüşlər.

Yarışın qalib və mükafatçıları Sumqayıt Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərman, medal və hədiyyələri ilə təltif olunublar.

Oxşar xəbərlər

Şəhid İlkin Məmmədzadənin xatirəsinə turnirin qalibləri müəyyənləşdi - SİYAHI
“Qarabağ Azərbaycandır!” - Beynəlxalq turnir keçiriləcək
Şahmatçılar arasında onlayn Qran-Pri turniri başlayır
Yeniyetmə şahmatçılar arasında qaliblər müəyyənləşdi - FOTO
Sumqayıtda şahmat üzrə şəhər birinciliyinin qalibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər