“Qarabağ Azərbaycandır!” -Beynəlxalq turnir keçiriləcək
Dekabrın 5-6-da “Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq şahmat turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, 17 yaşadək şahmatçılar arasında keçiriləcək yarış seçmə və final olmaqla iki mərhələdən ibarət olacaq. Seçmə mərhələdə Azərbaycanın məktəbli şahmatçılarından 50, digər ölkələrin hər birindən isə 10 şahmatçı iştirak edəcək. Bu mərhələ üzrə ilk 30 yeri tutmuş şahmatçı finala vəsiqə qazanacaq. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak hüququ qazanacaqlar.
Turnirin “YouTube” vasitəsilə birbaşa yayımlanması nəzərdə tutulub. Yarışın əsasnaməsinə uyğun olaraq, qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.
“Qarabağ Azərbaycandır!” onlayn turnirinin keçirilməsində məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının qeyd edilməsi, dünyada koronavirus (COVID-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarətdir.
Turnir “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunacaq.
Oxşar xəbərlər
“İpək Yolu Kuboku” turniri start götürür
“Təhsil” kubokuda 40-a yaxın ölkədən şahmatçılar mübarizə aparacaqlar
Şahmatçılar arasında onlayn Qran-Pri turniri başlayır
“Gənclər kuboku” şahmat turniri keçiriləcək
Şahmat üzrə respublika birinciliyi başa çatdı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası