Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Matç bitəndən sonra mənə yaxınlaşıb gözəl oyuna görə təşəkkür etdi" -Rafiq Əlizadənin əziz xatirəsinə
"Neftçi"nin məşhur veteranı, gözəl texnikası ilə onminlərlə azarkeşin sevimlisinə çevrilmiş azərbaycanlı futbolçu, SSRİ idman ustası, Rusiyanın əməkdar məşqçisi Rafiq Əlizadə haqq dünyasına qovuşub.

Stajlı futbolsevərlərin "onbirmetrə" ləqəbi ilə xatırladığı yarımmüdafiəçi "Neftçi" tarixinin ən unudulmaz ilində - "bürünc" 1966-da, cəmi 16 yaşı olanda komandaya götürülüb və növbəti mövsüm SSRİ güclülər dəstəsində debüt edib.
1975/76 mövsümündə Odessa "Çernomorets"inin "Latsio"nu 1:0 udduğu oyunda iştirak edərək UEFA kubokunda meydana çıxan ilk azərbaycanlı kimi tarixə düşüb.
Amma Rafiq Əlizadə azarkeşlər arasında daha çox penalti qazanmaq ustası kimi məşhur idi. O 1991-ci ildə Moskvaya köçmüş uzun illər bu ölkənin ən güclü mini-futbol klubu "Dina"da çalışmışdı.
1999-cu ildə Avropa Çempionluğunu qazanan mini-futbol üzrə Rusiya milli komandasının köməkçi məşçisi olmuşdu.
Rusiya Mini Futbol Assosiasiyası tərəfindən "İşinə sədaqətinə görə" medalı ilə təltif edilən
Rafiq Əlizadənin mərhum komanda yoldaşı Bəxtiyar Qulamov onu belə xatırlayırdı:
- Bütün 90 dəqiqəni oynamağa fiziki gücü çatmırdı, ona görə də əsasən ikinci hissənin ortalarında meydana çıxırdı. Buna baxmayaraq oyunda olduğu 15-30 dəqiqə ərzində var qüvvəsi ilə mübarizə aparırdı. Çox cəld idi. Azarkeşlər onun adını “onbirmetrə” qoymuşdular, çünki rəqibin cərimə meydançasına girəndə müdafiəçilər Rafiqi ancaq qaydaları pozmaqla saxlaya bilirdilər.

Çox təmiz, gözəl insandır.
Futbolumuzun daha bir unudulmaz siması, mərhum Əli Rəhmanov isə sağlığında "Napoli" ilə oyunu yada salmışdı:
- Rafiq Əlizadə Azərbaycan futbolunun parlaq ulduzu olub. Əla driblinqə, yüksək sürətə malik idi. Hücuma meylli yarımmüdafiəçi idi, rəqibin cərimə meydançasında xüsusilə təhlükəli olurdu. Emosional, eyni zamanda sərbəst oyunçu idi.
1977-ci ildə İtaliyada “Napoli” ilə yoldaşlıq matçı keçirirdik. Rafiq driblinq edərək iki dəfə sağ cinahdan rəqibin cərimə meydançasına gözəl ötürmə verdi, amma Banişevski hər iki halda topa çata bilmədi. Əgər bu epizodlarda qol vurulsaydı, səfərdə məşhur kluba qalib gələcəkdik. Ümumiyyətlə, Əlizadə həmin matçda çox yaxşı oynadı və bizim üçün fərəhlidir ki, yerli azarkeşlər onu alqışladılar.

Olimpiya çempionu İqor Ponomaryov:
– С удовольствием выскажусь о Рафике. Мы общались с ним, несмотря на то, что у нас была разница в возрасте. Встречались семьями. Он на самом деле был очень уважаемым и я относился к нему с уважением.
Игрок небольшого роста, но очень резкий, защитникам было очень сложно отобрать у него мяч. Поэтому Ахмед Алескеров и выпускал его на последних минутах матча. Все уже чувствовали, если вышел Рафик, то почти 100 процентов заработает пенальти.
Был один случай, не помню против кого играли. Рафик получает пас на ход, влетает в штрафную площадку и делает сам себе подножку и падает, судья назначает 11-метровый, я его реализую. А самого Ализаде на скорой помощи увезли в больницу с сотрясением мозга.
Рафик был умница, интеллигентный парень. В наши молодые годы, мы жили в годы дефицита, а Рафик в моей памяти всегда был настоящим модником, хорошо одетым. В нём присутствовал какой-то определенный шарм, с ним всегда было очень приятно общаться как на поле, так и вне его.
Azərbaycan futzalının əfsanəvi veteran futzalçısı İbrahim Həsənov: Rafiq müəllim Azərbaycan idmanı adına çox böyük işlər görüb. Həmişə hər bir oyunçuya yaxından köməklik edər, əl tutmağa çalışardı. onun mənim üzərimdə zəhməti də böyükdü. Heç vaxt unutmaram, 1991-ci ildə mən “Xəzri”nin heyətində olarkən, Moskvanın “Real” klubu ilə oynayırdıq. Baş məşqçimiz Mehdi Nəcəfov idi. Rafiq müəllim həmin qarşılaşmanı tribunadan seyr edirdi. Onda o “Dina”nın idman direktoru idi. Elə oldu ki, “Real”ı 9:4 hesabı ilə məğub etdik. Matç bitəndən sonra mənə yaxınlaşıb gözəl oyuna görə təşəkkür etdi. onun etdiklərini heç zaman unutmaram.
“Düzdür, mənə futbolçu kimi çempionluq yaşamaq qismət olmayıb. Amma diqqətdən kənarda qalmamışam – necə də olsa 10 ildən çox “Neftçi”nin formasında meydana çıxmışam və respublikanın şərəfi uğrunda oynamışam. Bununla fəxr edirəm!” - bu isə Rafiq Əlizadənin öz ürək sözləridi...
O Rafiq Əlizadənin ki hazırda həbsdə olan Vladimir Mixalevski ilə birgə Azərbaycan futbol veteranlarının Moskvadakı iki dayağından biri idi, təkcə futbol veteranlarına yox, hər bir azərbaycanlıya əlindən gələn köməyi əsirgəməzdi.
Allah rəhmət eləsin!
(materialda jurnalist Anar Şabanoğlunun yazısından istifadə edilib)
Oxşar xəbərlər
İqor Ponomaryova yeni vəzifə verildi - "Sabah"da
"Mən Azərbaycanın çörəyi ilə böyümüşəm" - Banişevskinin 75 yaşı tamam olur
"Neftçi"nin keçmiş futbolçusu qəflətən dünyasını dəyişdi - 72 yaşında
Yaşasaydı 72 yaşı olacaqdı...
SSRİ yığmasında oynayan azərbaycanlını uçuran ""Xəzri" küləyi" (LAYİHƏ)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası















Misli Premyer Liqası