reklam
Futzal Federasiyasından qaziyə etinasızlıq -
Sportfm.az xəbər saytı

Futzal Federasiyasından qaziyə etinasızlıq -Təəssüfləndirici məqam


Futzal üzrə Yüksək Liqada mübarizə aparan “Marafon”un üzvü Kənan Əsədli Vətən müharibəsində iştirak edib.

Komanda.az xəbər verir ki, bu barədə saytımızın baş redaktoru Araz Əhmədov məlumat verib. Əhmədov, Azərbaycan Futzal Federasiyasının Qarabağ qazisinə laqeyd münasibətini də qabardıb:

“Bu, Kənan Əsədlidir. Futzal üzrə Azərbaycanın 17 və 19 yaşlılardan ibarət yığmasının şərəfini qoruyub. Ölkəmizin Yüksək Liqasında çıxış edən “Marafon”un formasını geyinib. 19 yaşlı Kənan Haqq Savaşımızda ön cəbhədə olub, qəhramancasına vuruşub və ağır xəsarətlər alaraq yaralanıb. Bir aydan artıqdır qospitalda olan ölkəmizin ən perspektivli oyunçularından biri Futzal Federasiyasının laqeyd münasibətiylə üzləşib. Çox böyük təəssüflə qeyd etmək istəyirəm ki, kasıb ailənin övladı olan Əsədlini yada salan, xatırlayan, maraqlanan, kömək etmək istəyən bir nəfər belə, federasiya rəsmisi tapılmayıb”.

Oxşar xəbərlər

“Marafon” futzal elitasına qayıdır – Hədəf çempionluq olacaq
Futzal Federasiyası "Qarabağ"ı razı saldı - ÖZƏL
Futzal üzrə Yüksək Liqada yeni komandalar olacaq - Ölkə kubokunun qalibi çempionatdan imtina edib?
"Marafon" "Araz"a mövsümdə ilk məğlubiyyətini yaşatdı
Yenilənən "Marafon" köhnə rəqibə şans vermədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər