![](/uploads/posts/2016-12/1482487677_1482481520.jpg)
Sportfm.az xəbər saytı
![](/templates/amon/images/logo2.png)
Sportfm.az xəbər saytı
"Kəpəz" qış hazırlıq planında hara yollanacaq?
"Kəpəz" Azərbaycan kubokunun 1/4 finalında "İnter”lə cavab oyunundan sonra istirahətə buraxılıb.
Qış fasiləsinə çıxan əsas komandanın üzvləri gələn il yanvarın 8-də bir araya gələcəklər. "Sarı-göylər” Bakıda toplaşıb əvvəlcə tibbi müayinədən keçəcəklər.
Hazırlıq planına əsasən, Gəncə klubu ayın 11-də məşqlərə başlayacaq. İki günlük çalışmalardan sonra komanda yanvarın 13-də təlim-məşq toplanışına start verəcək.
"Kəpəz” qış fasiləsində hazırlıq dövrünü ölkə daxilində keçirəcək. Gəncəlilər Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məskunlaşacaq. "Kəpəz” burada 8 günlük təlim-məşq toplanışında olacaq. Futbolçular saat 11:00 və 16:00-da olmaqla gündə iki dəfə məşqə çıxacaq.
"Kəpəz" toplanış müddətində yanvarın 17-i və 19-da yoxlama oyunları keçirməyi planlaşdırıb. Komanda eyni gündə fərqli heyətlə iki görüşə (ümumilikdə 4 görüşə) çıxacaq.
Yanvarın 20-də çempionatın ikinci yarısı üçün hazırlığın əsas hissəsini başa vuracaq "sarı-göylər” bir gün istirahətə buraxılacaq. Bundan sonra "Kəpəz” Topaz Premyer Liqada "İnter"lə oyuna hazırlaşacaq.
Oxşar xəbərlər
"Kəpəz" öncə Bakı, sonra Antalya
“Kəpəz”in hazırlıq planı müəyyənləşdi
"Kəpəz" təlim-məşq toplanışını yekunlaşdırdı
“Kəpəz” 3 oyun keçirəcək
“Kəpəz” Türkiyəyə yollanır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin