Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Kəpəz” Türkiyəyə yollanır?
Azərbaycan kubokunun ¼ final mərhələsinin "İnter” ilə cavab oyunundan sonra "Kəpəz” istirahətə buraxılıb.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qış fasiləsinə çıxan əsas komandanın üzvləri gələn il yanvarın 8-də bir araya gələcəklər. "Sarı-göylər” Bakıda toplaşıb əvvəlcə tibbi müayinədən keçəcəklər.
Hazırlıq planına əsasən, Gəncə klubu ayın 11-də məşqlərə başlayacaq. İki günlük çalışmalardan sonra komanda yanvarın 13-də təlim-məşq toplanışına start verəcək. "Kəpəz” qış fasiləsində hazırlıq dövrünü ölkə daxilində keçirəcək. Gəncəlilər Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məskunlaşacaq. "Kəpəz” burada 8 günlük təlim-məşq toplanışında olacaq. Futbolçular saat 11:00 və 16:00-da olmaqla gündə iki dəfə məşqə çıxacaq.
Toplanış müddətində Nizami yurdunun təmsilçisi ayın 17-i və 19-da yoxlama oyunları keçirməyi planlaşdırıb. Komanda eyni gündə fərqli heyətlə iki görüşə (ümumilikdə 4 görüşə) çıxacaq.
Yanvarın 20-də çempionatın ikinci yarısı üçün hazırlığın əsas hissəsini başa vuracaq "sarı-göylər” bir gün istirahətə buraxılacaq. Bundan sonra "Kəpəz” təqvim oyununa hazırlaşacaq.
Oxşar xəbərlər
"Kəpəz" öncə Bakı, sonra Antalya
“Kəpəz”in hazırlıq planı müəyyənləşdi
"Kəpəz" təlim-məşq toplanışını yekunlaşdırdı
“Kəpəz” 3 oyun keçirəcək
"Kəpəz" qış hazırlıq planında hara yollanacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Rövşən Nəcəf federasiya prezidentləri ilə görüşdü
-
Cüdoçularımız ilk günü medalsız başa vurdu
-
Polis rəisi “Kəpəz”in qonağı oldu
-
“Kəpəz” “Sumqayıt”a, “Araz-Naxçıvan” “İmişli”yə qarşı - Premyer Liqa
-
Bu gün bir cüdoçumuz mübarizə aparacaq - Böyük Dəbilqə















Misli Premyer Liqası