reklam
“Kəpəz”in hazırlıq planı müəyyənləşdi
Sportfm.az xəbər saytı

“Kəpəz”in hazırlıq planı müəyyənləşdi


Yeni mövsüm üçün "Kəpəz”in hazırlıq planı məlum olub.
Sportfm.az xəbər verir ki, iyulun 3-4-ü tarixlərində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 5-dən məşqlər üçün bir araya gələcəklər. Komanda iyulun 14-nə kimi paytaxtda hazırlaşacaq. Bu müddətdə Gəncə klubu bir yoxlama oyunu keçirməyi planlaşdırıb.
Təlim-məşq toplanışının növbəti mərhələsi üçün "sarı-göylər” Türkiyəyə yollanacaq. "Kəpəz” ayın 15-dən 25-nə kimi Ərzurumda məşq edəcək. Qardaş ölkədəki toplanış dövründə komanda üç yoxlama oyunu keçirəcək. Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaq.
Türkiyədən qayıtdıqdan sonra "Kəpəz” çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək. 

Oxşar xəbərlər

"Kəpəz"in yeni mövsüm üçün hazırlıq planı
Hamıdan sonuncu olan Gəncə klubu
“Kəpəz” Türkiyəyə yollanır?
"Kəpəz" qış hazırlıq planında hara yollanacaq?
"Zirə" yay hazırlıq planını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər