Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Argentina prezidenti Maradonaya vida etdi
Ötən gün dünyasını dəyişmiş Dieqo Maradona ilə vida mərasiminə Argentinanın prezidenti Alberto Fernandes də qatılıb.
Sportfm.az "La Nacion" nəşrinə istinadən xəbər verir ki, Buenos-Ayresdəki Kasa Rosada prezident sarayında keçirilən tədbirdə onu ölkənin birinci xanımı Fabiola Yanes müşayiət edib.
Prezident saraya daxil olarkən içəriyə digər şəxslərin girişi müvəqqəti dayandırılıb.
Bakı vaxtı ilə saat 13:00-da başlayan mərasim 48 saat davam edəcək.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.
Oxşar xəbərlər
Maradona ilə vida mərasimində qalmaqal - FOTO
Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
10 nömrəli forma ləğv ediləcək - Maradonaya görə
Maradona ilə vida mərasimi Prezident Sarayında keçiriləcək
Dieqo Maradona dünyasını dəyişdi - 60 yaşında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası