Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Renan Da Silva "Kəpəz"i ziyana saldı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının XIV turu və Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yaşananlarla bağlı qərarlar verilib.
Çempionatın "Qəbələ” – "Kəpəz” matçında meydandan qovulan Renan Da Silva bir oyun cəzalanıb və qonaq komandanı 200 manat ziyana salıb. "Qarabağ” – "İnter” oyununun 85-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Ruben Selles texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu üzdən də legioner çalışdırıcı bir oyun cəzalanıb, klubu isə 800 manat cərimə olunub.
Kubokun "Neftçi” - "Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. "Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat ödəyəcək.
AZAL – "Qəbələ” matçında bakılıların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün paytaxt təmsilçisi 800 manat cərimə olunub.
"Kəpəz” – "İnter” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan gəncəlilərin də cəzası eyni olub.
Oxşar xəbərlər
Təhqiredici pankartlar "Qəbələ"ni ziyana saldı
Riçard Almeyda neçə oyunda "Qarabağ"a kömək edə bilməyəcək?
AFFA-dan cərimələr
AFFA-dan tərbiyəsizlik edən futbolçuya ağır cəza
AFFA "Neftçi" və "Qarabağ"ı cəzalandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası