Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA-dan tərbiyəsizlik edən futbolçuya ağır cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportfm.az-ın PFL-in rəsmi rəsmi saytına istinadən verdiyi məlumata görə, İntizam Komitəsi Topaz Premyer Liqanın 9-cu turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
Topaz Premyer Liqasının IX turunun "Kəpəz” – "İnter” matçında "İnter” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Topaz Premyer Liqasının IX turunun AZAL – "Zirə” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Topaz Premyer Liqasının IX turunun "Sumqayıt” – "Qəbələ” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində "Qəbələ” klubunun futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının IX turunun "Neftçi” – "Qarabağ” matçında meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. "Neftçi” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunub.
Oxşar xəbərlər
Təhqiredici pankartlar "Qəbələ"ni ziyana saldı
Samir Abasov cəzalandırıldı
Riçard Almeyda neçə oyunda "Qarabağ"a kömək edə bilməyəcək?
AFFA-dan cəzalar
AFFA-dan cərimələr
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası