reklam
Riçard Almeyda neçə oyunda
Sportfm.az xəbər saytı

Riçard Almeyda neçə oyunda "Qarabağ"a kömək edə bilməyəcək?


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 13-cü turunun AZAL - "Sumqayıt” matçında "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Adan Koronado ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın 13-cü turunun "Zirə” - "İnter” matçında "İnter” klubunun 4, "Zirə” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.

Oyunun 66-cı dəqiqəsində "İnter”in futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın 13-cü turunun "Kəpəz” - "Neftçi” matçında meydan sahibi klub əsasnaməyə uyğun olaraq qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün 1600 manat cərimə olunub.

Premyer Liqanın 13-cü turunun "Qarabağ” - "Qəbələ” matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

• "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
• Oyunun 39-cu dəqiqəsində "Qarabağ” klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
• Oyunun 90+4-cü dəqiqəsində "Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
• Matçın videoyazısı izləndikdən sonra müəyyən olunub ki, oyunun 90+4-cü dəqiqəsində "Qarabağ” klubunun futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edir. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
• "Qarabağ” klubunun 2-ci qolundan sonra Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub.
• Növbəti ev oyunlarında "Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunur.
• Hər iki klubdan nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunur.

Əvəzedici heyətlərin 13-cü turunun AZAL - "Sumqayıt” matçında "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Oyunun 61-ci dəqiqəsində AZAL-ən futbolçusu Elşad Manafov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.


Oxşar xəbərlər

Təhqiredici pankartlar "Qəbələ"ni ziyana saldı
Samir Abasov cəzalandırıldı
Tovuz klubu azarkeşlərinə görə cəzalandı
AFFA-dan tərbiyəsizlik edən futbolçuya ağır cəza
Mövsümün ilk cəzaları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər