reklam
AFFA-dan cərimələr
Sportfm.az xəbər saytı

AFFA-dan cərimələr


Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda I divizionun X turunun görüşlərində baş verənlər müzakirə olunub.
"Şahdağ” – "Ağsu” matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 80 manat cərimə olunub. Görüşün 85-ci dəqiqəsində meydandan qovulan  "Şahdağ”ın futbolçusu İqrar Səmədov 1 oyun cəzalanıb və klubunu 200 manat ziyana salıb.
"Turan Tovuz” – "Şərurspor” matçının 44-cü dəqiqəsində qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyan Qadir Həşimli 1 oyun cəzalanıb və 20 manat cərimələnib. "Mil-Muğan” – MOİK qarşılaşmasında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 80 manat cərimələnib.

Oxşar xəbərlər

“Turan Tovuz” cərimə edildi
AFFA-dan klublara qeyri-adi cəzalar
Renan Da Silva "Kəpəz"i ziyana saldı
Riçard Almeyda neçə oyunda "Qarabağ"a kömək edə bilməyəcək?
Tovuz klubu azarkeşlərinə görə cəzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər