"İstədiyimizi ortaya qoya bilmədik" -Canni de Byazi
“Oyundan və nəticədən razı qaldığımı deyə bilmərəm. Hücumda çox ləng idik. Komanda ilə əlaqədar yeganə müsbət məqam dörd oyunda qol buraxmamağımızdır”.
Sportfm.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Millətlər Liqasının 5-ci turunda Monteneqro ilə 0:0 hesablı heç-heçə etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib. O, bildirib:
“İkinci hissədə imkalarımız oldu, ancaq istifadə edə bilmədik. Bu cür oyunlarda çox risk etmək olmur. Çünki sonda məğlub da ola bilərsən. Oyunun gedişində dəyişiklik etsək də, istədiyimizi ortaya qoya bilmədik.
Hücumda çatışmayan əsas məqam çoxala bilməməyimizdir. Cinahlar hücuma daha fəal qoşulmalı idi. Misal üçün, Amin Seydiyevin bir epizodu oldu, ancaq istifadə edə bilmədi. Dediyim kimi, sevindirici hal odur ki, müdafiədə inamlı oynayırıq və bizə qol vurmaq çətindir.
Abbas Hüseynov bizim üçün çox vacib oyunçudur. Sloveniya ilə oyunda ona istirahət vermişdim. Son 15 dəqiqədə meydana buraxdım. İkinci hissədə oynasaydı, komandaya çox kömək edərdi. Zədəsinin nə dərəcədə ciddi olması növbəti günlərdə məlum olacaq”.
Oxşar xəbərlər
"Oyundan razı qaldığımı deyə bilmərəm" - Siyasət Əsgərov
"Təəssüflər olsun ki, hesabı qoruya bilmədik" - Samir Abasov
"İnkişaf etməyimiz üçün lazımlı oyun idi" - Canni De Byazi
"Ayıq başla buraxdığımız səhvləri analiz edəcəyik" - Canni De Byazi
"Şkupi"nin baş məşqçisi: "Rəqibin güclü orta xətti var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Millimiz Türkiyədə yoxlama oyunları keçirəcək
-
Yığmamızın üzvü 2-ci dəfə Albaniya çempionu oldu - FOTO
-
"Turan"ın futbolçusu Braziliyaya qarşı oynadı - Yoxlama oyunu
-
Finlandiya dünyanın ən güclüsüdür
-
Daha bir millinin yekun heyətiməlum oldu - SİYAHI
-
“Araz-Naxçıvan” bu futbolçularla yeni müqavilə bağladı















Misli Premyer Liqası