

"Şkupi"nin baş məşqçisi:"Rəqibin güclü orta xətti var"
"Son 6-7 oyunun ən yaxşısını göstərdik. Birinci hissədə biz daha üstün idik. 2-3 qol epizodundan istifadə edə bilmədik. İkinci hissədə də yaxşı idik. Ancaq qırmızı vərəqədən sonra işimizi çətinləşdirdik. Futbolda belə hallar olur. "Neftçi" bizi cəzalandırdı".
Sportfm.az xəbər verir ki, bu sözləri “Şkupi”nin baş məşqçisi Muharrem Bayrami Avropa Liqasının 1-ci təsnifat mərhələsində Bakıda “Neftçi”yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.
- Əvəzləmələrinizin sizin ziyanınıza işlədiyini düşünmürsünüz?
- Birincisi, dəyişiklik zamanı yeni oyunçu meydana buraxmaq istəyirdik. Yeni oyuna qoşulan oyunçunun zərbələri yaxşı idi. Onun sayəsində rəqib qapısı qarşısında təhlükə yaradacağımızı düşünürdük. İkinci dəyişikliyə gəlincə, qırmızı vərəqə planımızı dəyişdi. Başqa dəyişiklik planlaşdırırdım. Amma buna vadar oldum.
- İkinci hissədə oyununuzun zəif alınmasına səbəb nə oldu? Təcrübəsizlik öz sözünü dedi?
- İkinci hissəyə də yaxşı başladıq. İlk qolu səhvdən buraxdıq. "Neftçi" təcrübəli komandadır, səhvimizi bağışlamadı. "Neftçi" kimi komanda belə epizodlarda rəqibini cəzalandırır. Bilirdik ki, meydanın mərkəzində top itirə bilmədik. Çünki rəqibin güclü orta xətti var.
Oxşar xəbərlər
"Bu nəticə bizi qane edir" - "Makkabi"nin baş məşqçisi
"Yeni futbolçuların çıxışı məni qane etdi" - Canni De Byazi
Füzuli Məmmədov qələbəni şərh etdi - "Çətin olacağını bilirdik"
"Heç bir şey alınmadı" - Rəşad Sadıqov
Qurban Qurbanov:"Oyundan sonra bu barədə düşündük"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Yankoviçi aldı, "Şamaxı" Rikardonu heyətinə qatdı - Transferlər
-
"Kəpəz" milli üzvünü transfer etdi - FOTO
-
"Qarabağ" Krisi transfer etdi - 6 nömrəli formanı daşıyacaq
-
Azərbaycan 1-ci Liqasının başlama tarixi bilindi
-
Atası idmançı qızını güllələdi - Olay
-
“Turan Tovuz”da ayrılıq - Onu da göndərdiər