reklam
Sportfm.az xəbər saytı

"İnkişaf etməyimiz üçün lazımlı oyun idi" -Canni De Byazi


“Bəzi oyunçuları sınaqdan keçirmək üçün yaxşı oyun oldu".

Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Sloveniya ilə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib.

İtaliyalı mütəxəssis güclü rəqibə qarşı oynadıqlarını bildirib: "Matça yaxşı başladıq. İlk hissədə topa nəzarət edən tərəf biz idik. Görüşün əvvəlində İsmayıl İbrahimlinin qol vurmaq imkanı oldu, təəssüf ki, istifadə edə bilmədi".

De Byazi bu qarşılaşmanı inkişaf etmək baxımından lazımlı oyun kimi dəyərləndirib: "Xüsusən, ilk hissədə Tellur Mütəllimovun oyunu daha yaxşı alındı. İkinci hissədə oyuna daxil olan Musa Qurbanlı da topla az təmin olunmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərə bildi".

 

Oxşar xəbərlər

"Futbolçular əllərindən gələni etməlidilər" - Canni De Byazi
"Elvin Bədəlov və Bəhlul Mustafazadə hazır deyil" - Canni De Byazi
"Yeni futbolçuların çıxışı məni qane etdi" - Canni De Byazi
"Futbolçularda qalib psixologiyasını formalaşdırmalıyıq" - De Byazi
"İstədiyimizi ortaya qoya bilmədik" - Canni de Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər