reklam
Sportfm.az xəbər saytı

"Təəssüflər olsun ki, hesabı qoruya bilmədik" -Samir Abasov


"Maraqlı görüş alındı. Bu qədər qol vuruldusa, düşünürəm ki, azarkeşlərə də zövq verdi".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda İsrailin "Makkabi" (Hayfa) klubu ilə 3:3 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, rəqibin hansı səviyyədə olduğunu bilirdilər: "Onlara qarşı sonadək vuruşmaq istəyi ilə meydana çıxmışdıq. Oyuna görə müəyyən plan qurmuşduq. Birinci hissə sönük keçdi, rəqib bizdən daha fəal idi. Bunu gözləyirdik. Amma ikinci yarıda 3 qol vurduq. Fikrimcə, ilk hissədə də bunu edə bilərdik. Sadəcə, son paslar bizə mane oldu. İstədiyimizi əldə edə bilmədik".

Onun sözlərinə görə, ikinci hissədə oyunları daha yaxşı alınıb: "Təəssüflər olsun ki, hesabı qoruya bilmədik. Amma əhval-ruhiyyə yaxşıdır".

 

Oxşar xəbərlər

"Bu nəticə bizi qane edir" - "Makkabi"nin baş məşqçisi
"Həm Türkiyə "Fənərbaxça"sı, həm də İsrailin "Makkabi"si güclü rəqiblərdir" - Samir Abasov
"Həyəcanlı qarşılaşma oldu" - Samir Abasov
"Azlıqda qalmaq işimizi çətinləşdirdi" - "Sabah"ın baş məşqçisi
"3:0 hesabı ilə qalib gələ bilərdik" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər