Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyəli idmançıdan örnək hərəkət -Vyanadakı terrorda polisi qurtardı
Türkiyə əsilli avstriyalı MMA döyüşçüsü Mikail Özen dostu Receb Gültekin ilə birlikdə Vyanada terror hücumu zamanı yaralı polisi xilas edib.
Sportfm.az "Hurriyet"ə istinadən xəbər verir ki, onlar yaralı polis işçisinə təcili yardım maşınına tərəf getməyə yardımçı olublar.
Daha sonra isə türklər yaşlı qadına kömək ediblər. Özen bildirib ki, həmin şəxs hadisə yerinə getmək istəyirmiş: "Onu görüb dayandırdıq və təhlükəsiz yerə apardıq".
Hücum zamanı Gültekin ayağından xəsarət alıb.
Qeyd edək ki, noyabrın 2-də Vyanada ən azı 3 nəfərin öldüyü terror hadisəsi baş verib. 9 dəqiqə sonra 20 yaşlı cinayətkar Avstriya polisinin xüsusi təyinatlıları tərəfindən öldürülüb.
Oxşar xəbərlər
37 yaşlı hakim məşqdə öldü
Klub rəsmisi oyun zamanı vəfat etdi
Terrorçuların "Kamp Nou"nu partlatmaq planı ortaya çıxdı
Oyun zamanı azarkeş helikopterlə xilas edildi - FOTO
İslam Oyunlarında qələbəni bayram edərkən dünyasını dəyişdi - Bakıda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası