reklam
İslam Oyunlarında qələbəni bayram edərkən dünyasını dəyişdi - Bakıda
Sportfm.az xəbər saytı

İslam Oyunlarında qələbəni bayram edərkən dünyasını dəyişdi - Bakıda


Ötən gün axşam saatlarında Azərbaycan Milli Karate Federasiyası tərəfindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edən karateçilərimizin şərəfinə ziyafət verilib.

Sportfm.az saytı yenicag.az-a istinadən xəbər verir ki, paytaxtın Dafne by Dalida restoranında baş tutan əyləncə məclisində üzücü hadisə baş verib.

Əldə etdiyimiz məlumata görə, məclisdə iştirak edən beynəlxalq dərəcəli hakim Yusif Məmmədov anidən yerə yıxılıb. Ona ilkin, daha sonra təcili tibbi yardım göstərilsə də, Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Məlumatı açıqlamasında federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmov da təsdiqləyib: "Federasiyanın üzvləri ilə İslam Oyunlarındakı qazandığımız nəticələri bayram edirdik. Yusif müəllim hakimlərlə birlikdə çıxış etdi, bir az oynadı. Az sonra isə qəfildən ayaq üstə durduğu yerdə yerə yıxıldı. İlkin yardım göstərdik, süni nəfəs verdik, ürəyini oyatmaq üçün döş qəfəsini massaj etdik, təcili tibbi yardım çağırdıq. Hardasa 25 dəqiqə sonra gəldilər ki, keçinib. İlkin diaqnoz olaraq infarkt dedilər. Rəsmi prosedurlardan sonra əvvəlcə Göy məscidə, daha sonra isə mərhumun evinə yollandıq. 64 yaşı aprel ayında tamam olmuşdu. Sağlamlığından heç şikayəti yox idi. Hacı olduğu üçün spirtli içkilərdən də uzaq durardı. O, 7 beynəlxalq dərəcəli hakimimizdən biri idi. Allah rəhmət eləsin!"

Oxşar xəbərlər

37 yaşlı hakim məşqdə öldü
İsgəndərlinin komanda yoldaşı oyun zamanı dünyasını dəyişdi
Millimizin həkimi azyaşlının həyatını xilas etdi
Fitnes müəllimi qəfil dünyasını dəyişdi - SON DƏQİQƏ
Klub rəsmisi oyun zamanı vəfat etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər