reklam
Terrorçuların
Sportfm.az xəbər saytı

Terrorçuların "Kamp Nou"nu partlatmaq planı ortaya çıxdı


Ötən il avqustun 17-də Barselona şəhərində törədilən terrorun yeni detalları üzə çıxıb. Məlum olub ki, terrorçular "Barselona" klubunun ev stadionu "Kamp Nou"ya hücum etməyi planlaşdırırmışlar.

Sportfm.az xəbər verir ki, ikinci terakt 3 gün sonra - İspaniya çempionatının birinci turunda "Barcelona" - "Betis" matçında olacaqmış.

17 avqust hadisəsini araşdıran zamanı polis stadiona hücumu təsdiqləyən dəlillər əldə edib. Terrorçulardan birinin mobil telefonunda oyunun vaxtı, stadiona giriş qaydası və stadionun ümumi görünüşü barədə məlumatlar tapılıb.Terrorçulardan bəzilərinin "Barselona" klubunun fan-atributlarını əldə etməsi də hücum planını təsdiqləyir.

Xatırladaq ki, terror qrupu eyni ssenari ilə 2015-ci ilin noyabrında Fransa millisinin oyunu zamanı "Stad De Frans" stadionunda partlayış törətmişdi.

Oxşar xəbərlər

“Barselona” “Nou Kamp”a qayıdır - Tarix bəlli oldu
Dünya Çempionatında terror təhlükəsi var? - ABŞ xəbərdarlıq etdi
Klub 105 minlik yeni stadiona sahib olacaq
Qvardiola partlama zamanı stadionda olub!
Rio-2016: Terror aktı hazırlayanlar həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər