Millimizin və "Qarabağ"ın ev oyunları Azərbaycanda keçirilməyəcək
UEFA İcraiyyə Komitəsi Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq, klub və milli komandaların matçlarının Azərbaycan və Ermənistanda keçirilməməsinə qərar verib.
Sportfm.az xəbər verir ki, təhlükəsizliklə bağlı sentyabrın 27-dən yaranan vəziyyətin inkişafını ətraflı nəzərdən keçirdikdən sonra UEFA hər iki ölkədəki hazırkı şəraitin oyunların təşkili üçün uyğun olmadığı qənaətinə gəlib.
UEFA bəyan edib ki, regiondakı situasiya izləniləcək və İcraiyyə Komitəsinin bugünkü qərarı AVRO-2020-nin gələn ilin iyununda Bakıda nəzərdə tutulan oyunlarının cari planlaşdırılmasına təsir göstərməyəcək.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda İspaniya "Vilyarreal"ına qarşı keçirməli idi. Azərbaycan millisi isə oktyabrın 13-də Kipri Albaniyada qəbul etməli olub. Növbəti ev oyunu noyabrın 14-də Bakı Olimpiya Stadionunda nəzərdə tutulmuşdu.
Oxşar xəbərlər
AFFA-dan açıqlama - UEFA Gənclər Liqası ilə bağlı
"Bu oyunu israrla Türkiyədə keçirmək istədik" - Emrah Çelikel
UEFA "Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı qərar gələn həftə açıqlanacaq
"Qarabağ" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək
UEFA "Qarabağ"ın oynayacağı stadionları açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026















Misli Premyer Liqası