reklam
UEFA
Sportfm.az xəbər saytı

UEFA "Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı qərar gələn həftə açıqlanacaq


UEFA İntizam Komitəsi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ilk tur qarşılaşmasında baş verənlərlə bağlı qərarı gələn həftəyə təxirə salıb. 

Sportfm.az xəbər verir ki, sentyabrın 19-da İspaniya "Sevilya"sı ilə matçda yaşananlarla əlaqədar məsələyə ötən gün baxılıb. Qərar, böyük ehtimalla, gələn həftə açıqlanacaq. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada azarkeşlər meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. 

Oktyabrın 3-də Lüksemburqda "Düdelanj"la qarşılaşmada törədilmiş erməni təxribatına gəldikdə, UEFA hələlik hər hansı açıqlamasının olmadığını bildirib. Bu matçda isə "Qarabağ"ın vurduğu ikinci qoldan sonra "Jozi Bartel" stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib. 

"Sevilya"ya 0:3 hesabı ilə uduzan "Qarabağ" "Düdelanj"ı məğlubiyyətə uğradıb - 4:1. UEFA hər iki matçda yaşanan insidentlərə oktyabrın 17-də baxacağını açıqlamışdı. (Report)

Oxşar xəbərlər

UEFA “Qarabağ”ı cərimələdi
AFFA erməni təxribatına reaksiya verdi
UEFA təxribatla bağlı qərar verdi
"Düdelanj" - "Qarabağ" matçında erməni təxribatı - FOTO
UEFA "Qarabağ"a intizam işi açdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər