Millimiz yeni mövsümə açıq havada hazırlaşır
Azərbaycanın həndbol komandaları Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yeni mövsümə hazırlıq prosesi keçirlər.
Sportfm.az xəbər verir ki, sentyabrdan başlanan və açıq havada təşkil olunan məşqlərdə 8 komanda iştirak edir.
Qadınlardan ibarət “Azəryol”, “Azərsu”, “Qarabağ” və “İdman Akademiyası”, kişilərdən ibarət “Məhsul”, “Təhsil”, “Bakı” və U-18 komandaları həftədə bir neçə dəfə məşqə çıxırlar. Məqsəd ölkə çempionatının startınadək idmançıların fiziki bacarıqlarının lazımi səviyyəyə çatdırılmasıdır.
"İşğal altındakı torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində ordumuzun qazandığı qələbələr, bütün idman ictimaiyyəti kimi həndbolçularımızı da ruhlandırıb. Onlar da, müzəffər Azərbaycan ordusuna dəstəklərini ifadə ediblər - “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - məlumatda bildirilib.
Oxşar xəbərlər
Azərbaycan çempionatında fasilə başa çatdı
Komandalarımız çempionatda mübarizəyə başladı
Həndbol üzrə XXVII ölkə çempionatına start verildi
Ölkə çempionatında səkkiz komanda çıxış edəcək
Azərbaycan çempionatına yekun vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
XI turun oyun cədvəli - II Liqa














Misli Premyer Liqası