Azərbaycan çempionatında fasilə başa çatdı
Kişi həndbolçular arasında Azərbaycan çempionatında fasilə başa çatıb. Fasilədən sonra start verilən 10-cu turun ilk görüşündə “Məhsul” və “Təhsil” komandaları üz-üzə gəliblər. Oyunda ilk dəqiqələrdən üstünlüyü ələ alan “Məhsul” matçı qələbə ilə başa vurub – 33:24.
Sportfm.az xəbər verir ki, günün digər oyununda “Bakı” komandası U-18 yığmasını sınağa çəkib. Görüşdə daha inamlı oyun nümayiş etdirən “Bakı” azarkeşlərin etimadını doğruldub – 35:22.
Növbəti qələbəsini qazanan “Məhsul” komandası 18 xalla çempionatın vahid lideridir. “Bakı” ondan iki xal geri qalır. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 3 xal var. U-18 bir xalla yarış cədvəlinin autsayderidir.
Fevralın 15-nə təyin olunan 11-ci turda “Bakı” - “Məhsul” və “Təhsil” – U-18 görüşləri oynanılacaq.
Ayın 12-də isə qadın həndbolçular arasında ölkə çempionatında növbəti oyunlar keçiriləcək. Həmin gün “Qarabağ” komandası “Azəryol”, “Azərsu” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Təxirə salınmış oyunların qalibləri məlum oldu - Azərbaycan çempionatı
Azərbaycan çempionatında daha iki turun oyunları baş tutdu
Daha iki qələbə - Azərbaycan çempionatı
Komandalarımız çempionatda mübarizəyə başladı
Ölkə çempionatında səkkiz komanda çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası