reklam
Ölkə çempionatında səkkiz komanda çıxış edəcək
Sportfm.az xəbər saytı

Ölkə çempionatında səkkiz komanda çıxış edəcək


Oktyabrın 9-da həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək.

Sportfm.az xəbər verir ki, budəfəki yarışlarda səkkiz komanda bacarığını nümayiş etdirəcək.

Kişilərin çempionatında “Məhsul”, “Bakı”, “Təhsil” və “U-18” qələbə uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə “Azəryol”, “Azərsu”, “Qarabağ” və “İdman Akademiyası” kollektivləri qüvvəsini sınayacaq.

XXVII Azərbaycan çempionatı oktyabrın 9-da saat 13:00-da “Azərsu” – “Azəryol” görüşü ilə başlanacaq. Həmin gün saat 15:00-da “Qarabağ” komandası “İdman Akademiyası” ilə üz-üzə gələcək.

Kişilərdən ibarət komandaların mübarizəsinə isə oktyabrın 12-də start veriləcək. Həndbol həvəskarları ilk turda “Təhsil”- “Məhsul” və “Bakı” – “U-18” qarşılaşmalarını izləyə biləcəklər. Görüşlər müvafiq olaraq saat 17:00 və 19:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan çempionatının oyunları “ABU Arena”da keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan çempionatında fasilə başa çatdı
Komandalarımız çempionatda mübarizəyə başladı
"Azəryol" yoluna davam edir
Həndbol üzrə XXVII ölkə çempionatına start verildi
Ölkə çempionatında 10 komanda mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər