Yığmalarımız ölkə xaricində təlim-məşq toplanışında
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan milliləri bu gün növbəti təlim-məşq toplanışına start verib.
Sportfm.az xəbər verir ki, hər iki yığma ölkə xaricində toplanış keçir.
Yunan-Roma güləşi üzrə milli baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Belarusun paytaxtı Minskdə məşqlərə başlayıb. “Stayki” Olimpiya Mərkəzində keçirilən toplanışda bir neçə ölkənin komandası iştirak edir. Hazırlıq prosesi fevralın 25-dək davam edəcək.
Sərbəst güləş yığması isə Dağıstana yollanıb. Mahaçqalada keçirilən toplanışa baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynov nəzarət edir. Bu komandanın da ölkə xaricində hazırlığı fevralın 25-dək davam edəcək.
Qeyd edək ki, təlim-məşq toplanışları martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Oxşar xəbərlər
Yığmamız hazırlığa başladı
Güləşçilərimiz təlim-məşq toplanışını davam etdirir - Belarusda
Azərbaycan güləşçiləri hazırlığı davam etdirir
Yığmalarımız növbəti təlim-məşq toplanışına başladı
Güləşçilərimiz Minskdə təlim-məşq toplanışına başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu















Misli Premyer Liqası