reklam
Sportfm.az xəbər saytı

"Çətin məşqləri birdən-birə azaltdıq" -Hacı Əliyev


"Məşqlərimiz açıq havada davam edir. Ola bilsin, bu il dünya çempionatı keçiriləcək. Biz də buna görə hər ehtimala qarşı, hazırlaşırıq". 

Sportfm.az xəbər verir ki, bunu sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev milli komandanın açıq havada keçirilən məşqləri barədə danışarkən deyib. 29 yaşlı pəhləvan bildirib ki, yarış olmasa belə, hər zaman hazırlıqlı olmaq lazımdır: "Tokio Yay Olimpiya Oyunları 2021-ci ilə təxirə salındığından, olimpiadayadək dayanmamalıyıq". 

Əliyev karantin dönəmində daha çox fiziki hazırlığa üstünlük verdiklərini söyləyib: "Pandemiya səbəbindən məşqlərimizi xalça üzərində davam etdirə bilmədik. Karantin dövründə çətin məşqləri birdən-birə azaltdıq. Çətin olsa belə, hamı kimi biz də dözürük. Daha çox qaçış və fiziki təmrinləri yerinə yetirdik. Məncə, güləşçilərimizin fiziki durumu əvvəlki dövrlərə nisbətən daha yaxşıdır".

Qeyd edək ki, güləş üzrə dünya çempionatının 12 - 20 dekabrda Serbiyanın paytaxtı Belqradda təşkili nəzərdə tutulsa da, hələ pandemiya səbəbindən qəti qərar verilməyib.

Oxşar xəbərlər

Güləşçilərimiz Avropa çempionatına Göygöldə hazırlaşır
Azərbaycan Güləş Federasiyası bəyanat yaydı
"Yenidən olimpiya çempionu ola bilərəm" - Toğrul Əsgərov
Yığma komandaların açıq məşqi keçirildi
“Olimpiya çempionu olsam, Polad Həşimova həsr edəcəyəm” - Hacı Əliyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər