Azərbaycan komandasının geyiminin təqdimatı oldu -Tokio-2020
“Tokio-2020” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının istifadə edəcəyi idman geyiminin təqdimatı olub.
Sportfm.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Akademiyanın rektoru Fuad Hacıyev, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan “Tokio-2020”də 44 idmançı ilə təmsil olunacaq.
Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə təxirə salınıb. Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanın paralimpiya yığması Tokioya yola düşdü - FOTO
"Bayrağı daşımaq mənim üçün stimuldur" - Tokio-2020
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Olimpiya və Paralimpiya komitələri arasında memorandum imzalandı
Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası