Olimpiya və Paralimpiya komitələri arasında memorandum imzalandı
Milli Olimpiya Komitəsi (MOK) və Milli Paralimpiya Komitəsi (MPK) arasında Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları ilə bağlı əməkdaşlığa dair memorandum imzalanıb.
Sportfm.az xəbər verir ki, MOK-un binasında təşkil olunan tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, MPK prezidenti İlqar Rəhimov, komitələrin digər rəhbər işçiləri ilə yanaşı, müxtəlif idman qurumlarının rəsmiləri də iştirak ediblər.
Azərbaycanın olimpiya və paralimpiya tarixində ilk dəfə baş tutan rəsmi əməkdaşlıq əsasən Tokio-2020-nin, həmçinin bu yarışda Azərbaycanı təmsil edəcək olimpiya və paralimpiya komandalarının birgə təbliğ və təşviqinə xidmət edir. Memorandum əsasən marketinq, sosial media, könüllülük xidməti, komandalar üçün vahid idman geyim dəstinin hazırlanması kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycan hələlik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına 11, Yay Paralimpiya Oyunlarına isə 7 lisenziya qazanıb. Olimpiada 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda olacaq.
Oxşar xəbərlər
Yığmamızın bayraqdarı məlum oldu - Paralimpiya Oyunları
Paralimpiya komandamızdan rekord sayda lisenziya - Tokio-2020
Olimpiya və Paralimpiya Oyunlarının açılışları ayrı keçiriləcək - Təşkilatçılar belə uyğun bildi
Olimpiadanın baş tutacağı tarix açıqlandı
Paralimpiya Komitəsi memorandum imzaladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası