reklam
Azərbaycanın paralimpiya yığması Tokioya yola düşdü -
Sportfm.az xəbər saytı

Azərbaycanın paralimpiya yığması Tokioya yola düşdü -FOTO


Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Milli Paralimpiya komandasının 38 nəfərdən ibarət ən böyük heyəti avqustun 19-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Yaponiyaya yola salınıb.

Sportfm.az xəbər verir ki, yolasalma mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov, komitənin rəsmiləri, Gənclər və İdman Nazirliyinin rəsmisi Fərid Mansurov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Qarabağ müharibəsi qaziləri, idmansevərlər və KİV nümayəndələri iştirak ediblər.

AMPK-nın prezidenti İlqar Rəhimov idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan komitə prezidenti Paralimpiya hərəkatının inkişafında görülən işləri yüksək qiymətləndirib.

Qarabağ qazisi Elşən Cəbiyev Azərbaycan bayrağını paralimpiyaçılarımıza təqdib edib və onlara respublikamızın hüdudlarından çox-çox uzaqda – Gündoğar ölkədə aparacaqları mübarizədə uğurlar arzulayıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

Paralimpiadanın açılış mərasimi avqustun 24-də Tokio Milli Olimpiya Stadionunda keçiriləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.

Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək Tokioda keçiriləcək.

Oxşar xəbərlər

İlqar Rəhimov atletlər kəndində idmançılarla görüşdü - Tokio-2020
Yığmamızın bayraqdarı məlum oldu - Paralimpiya Oyunları
Bakıda "Birlik Kuboku" keçirildi - FOTO
Azərbaycan paralimpiya hərəkatında liderdir - FOTO
Azərbaycanın paralimpiya yığması Braziliyaya yola düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər