"Qarabağ"ın oyununda hakim niyə dəyişdirilib? -Səbəb
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la Moldova "Şerif"i arasında keçiriləcək matçın hakimlərinin dəyişdirilməsinin səbəbi bəlli olub.
Sportfm.az xəbər verir ki, UEFA Ukraynadan Azərbaycana gəlişin daha rahat olduğunu əsas gətirərək bu addımı atıb.
Qurum daha əvvəl görüşü Furkat Atajanovun rəhbərlik etdiyi Qazaxıstandan olan hakimlər briqadasına tapşırsa da, sonradan ukraynalı Mikola Balakinə etimad göstərib.
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin “Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya) matçına təyinatını da ləğv edib. Buna koronavirus pandemiyası ilə əlaqədar birbaşa və uyğun tranzit təyyarə reyslərinin olmaması səbəb göstərilib.
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.
Xatırladaq ki, "Qarabağ"ın I təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"ni 4:0 hesabı ilə məğlub etdiyi matçı ukraynalı Yaroslav Kozık idarə edib. (Report)
Oxşar xəbərlər
Qazaxıstanlı hakimlər niyə son anda Bakıya buraxılmayıb? - Əsl səbəbi
"Qarabağ" - "Şerif" matçının hakimləri dəyişdirildi
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Şerif”
Asim Xudiyevə mane oldular - Gedə bilmədi
Bizlərə tanış olan Yaroslav Kozık - Referi Bakıya gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası