reklam
Qazaxıstanlı hakimlər niyə son anda Bakıya buraxılmayıb? -
Sportfm.az xəbər saytı

Qazaxıstanlı hakimlər niyə son anda Bakıya buraxılmayıb? -Əsl səbəbi


UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” (Moldova) oyununda Qazaxıstandan olan hakimlər briqadasının dəyişdirilməsinin səbəbi bəlli olub.

Sportfm.az xəbər verir ki, oxu.az-ın Qazaxıstandakı mənbələrdən əldə etdiyi məlumata görə, yan xətt hakimlərindən Sergey Kalaçyov Bakıya səfər öncəsi koronavirus üçün test verib. Lakin onun testi pozitiv çıxıb.

Bu üzdən də dörd nəfərdən ibarət briqadanın (digərləri baş hakim Furkat Atacanov, laysman Darxan Tuleqenov və dördüncü hakim Qriqori Moskovçenkodur – S.M.) Bakıya gəlişinə icazə verilməyib. Nəticədə UEFA son anda bu matç üçün Bakıya Ukraynadan olan hakimlər briqadasının göndərilməsini məqbul bilib.

Xatırladaq ki, sabah saat 20:00-da başlayacaq görüşdə iş başında olacaq ukraynalı hakimlər Nikolay Balakin, Viktor Matyaş, Sergey Pristupa və Andrey Kovalenkodur.

Oxşar xəbərlər

"Qarabağ" - "Şerif" matçının hakimləri niyə dəyişdirildi? - Səbəb
"Qarabağ" növbəti mərhələdə - YENİLƏNİB
"Qarabağ"ın oyununda hakim niyə dəyişdirilib? - Səbəb
"Qarabağ" - "Şerif" matçının hakimləri dəyişdirildi
"Qarabağ"ın növbəti matçı qazaxıstanlı hakimə həvalə edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər