reklam
Mətbuat konfranslarının vaxtı açıqlandı -
Sportfm.az xəbər saytı

Mətbuat konfranslarının vaxtı açıqlandı -“Qarabağ” – “Şerif”


Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb.

Sportfm.az xəbər verir ki, avqustun 25-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Saat 18:30-da isə onun rəhbərlik etdiyi komanda “Azersun Arena”da oyunöncəsi son məşqə çıxacaq.

Saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Şerif”in baş məşqçisi Zoran Zekiçin mətbuat konfransı keçiriləcək. Saat 19:30-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.

Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçına saat 20:00-da start veriləcək.

Oxşar xəbərlər

"Qarabağ"ın açıq məşqinin vaxtı bilindi
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Kayrat”
Mətbuat konfransı və məşqin vaxtı - "Qarabağ" - AEL
“Qarabağ” - APOEL: mətbuat konfransı
"Qarabağ" - "Kukesi" mətbuat konfranslarının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər