reklam
Sportfm.az xəbər saytı

"Neftçi" yetişdirdi, İtaliyaya yollanır -Lorenzo getdi


"Neftçi”nin hücumçusu Lorenzo Mezzoteronun ailəsi Azərbaycandan gedir.
Sportfm.az xəbər verir ki, bu barədə onun atası Sergio Mezzotero "feysbuk”da yazıb. Futbolçunun Bakıdakı xarici neft şirkətlərindən birində çalışan atası hər şey üçün Azərbaycana təşəkkür edib, burda 6 unudulmaz il yaşadıqlarını vurğulayıb.
Lorenzo Mezzoteronun adı 2017-ci ildə gündəmə gəlmişdi. Həmin o vaxt o birdən birə "Neftçi” üç yaş qrupu üzrə komandasında oynayır, ardıcıl qollar vururdu. İtaliyalı azyaşlının bu cür istismarı xüsusiylə də Sport7.az-da qabardılmış, nəticədən ötrü bu cür yola əl atılması qınanmışdı.
Zaman göstərdi ki, heç də haqsız deyilmişik. Budur, Lorenzo da atasıyla birlikdə Azərbaycanı tərk edir, həmin qollar isə quru statistikadan başqa heç nəyə yaramır.
Ümid edək ki, gələcəkdə böyük futbolçuya çevriləcək Lorenzo Azərbaycanı və "Neftçi”ni unutmayacaq. 

 

Oxşar xəbərlər

“Neftçi”nin məhv edilən gələcəyi və qara eynəkli AFFA nümayəndəsi
"Neftçi”yə milyonlar qazandırmağa namizəd italyan - VİDEO
"Milan" "Neftçi"nin futbolçusuna dəvət göndərdi - FOTO
Mezzotero fərqləndi, "Neftçi" məğlub oldu
Lorenzo oynamadı, "Neftçi" meydana çıxmadı - HADİSƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər