"Milan" "Neftçi"nin futbolçusuna dəvət göndərdi -FOTO
"Neftçi”nin üzvü Lorenzo Mezzotero ənənəvi olaraq hər il təşkil olunan "Milan Junior Camp"da iştirak edib.
Sportfm.az xəbər verir ki, toplanışa 33 ölkədən 2003-2004 və 2007-2008-ci il təvəllüdlü 306 uşaq və yeniyetmə qatılıb. 2008-ci il təvəllüdlü Lorenzonun oyunu və potensialı klubun mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.
"Milan” ölkə xaricində oynayan istedadlı italiyalı futbolçulara hər il dəvət göndərərək, onların hazırlıq səviyyəsini yoxlayır. "Neftçi” İtaliya təmsilçisinin dəvətini müsbət dəyərləndirərək, Lorenzo Mezzoteronun toplanışda iştirak etməsi üçün lazımi şəraiti yaradıb.
Martın 30-da "Neftçi”yə qoşulacaq Lorenzo Mezzotero aprelin 6-sı start götürəcək "İzmir Cup” turnirində komandanın heyətində olacaq.
Oxşar xəbərlər
"Neftçi" yetişdirdi, İtaliyaya yollanır - Lorenzo getdi
“Neftçi”nin məhv edilən gələcəyi və qara eynəkli AFFA nümayəndəsi
"Neftçi”yə milyonlar qazandırmağa namizəd italyan - VİDEO
Mezzotero fərqləndi, "Neftçi" məğlub oldu
Lorenzo oynamadı, "Neftçi" meydana çıxmadı - HADİSƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası