Ayxan Cəfərzadə:"Hədəfim Madrid "Real"nın şərəfini qorumaqdır - MÜSAHİBƏ, VİDEO
Azərbaycanda həmişə istedadlı futbolçular olub. Sovet dönəmində qara qızıln vətənində yetişən oyunçular daim adından söz etdirib. Amma, nədənsə elə o dönəmdən, "Neftçi"nin SSRİ çempionatlarında çıxış etməsindən bu yana bir çox istedadlı futbolçularımızı başqa klublara dəvət etsələr də, onların heç biri doğma Azərbaycanı qoyub getməyə həvəsli olmayıb. Təbii ki, bunun kökündə ailəyə bağlılıq, vətən sevgisi, Bakıya həsrəti ilə yaşamaqdan qorxmaq və digər amillər durub.
Sovetlər İmperiyası dağıldıqdan sonra isə sözün əsl mənasında ac-yalavac qalan yerli futbolçular yavaş-yavaş xaricə yollanmağa, legioner həyatı yaşamağa başladılar. 2004-cü ildən sonra ölkə futboluna böyük pulların yatırılması, sərhədlərimizi aşanları yenidə vətənə qaytardı, üstəlik azərbaycanlı futbolçulara ödənilən astronomik rəqəmlər də uzun müddət bu gedişlərin qarşısını aldı. 2015-ci ildən sonra isə "Futbolun İnkişafına Dair Dövlət Proqramı"nın müddəti sona çatdı və "Azərbaycan futbolu" adlı dəniz yenidən qurumağa başladı. Ölkə çempionatı zəiflədi, klub sayı azaldı, maaşlar 4-5 dəfə aşağı düşdü. Bu proseslər azərbaycanlı oyunçuların bir daha bəxtlərini xaricdə sınaması ilə nəticələndi. Bununla paralel, 2000-ci illərdə dünyaya gələn xeyli sayda istedadlı yeniyetmə də daha yaxşı şəraitə malik, yüksək səviyyəli mütəxəssislərin çalışdığı xarici komandalara üz tutmağa başladı. Həmin gənclərdən biri də bir ilə yaxındır İspaniyaya yollanan Ayxan Cəfəzadədi. Adlı-sanlı "Valensiya"nın gənclər komandasının şərəfini qoruyan 18 yaşlı müdafiəçi Pireney yarımadasında rastlaşdığı çətinliklərdən, ispanların həyat tərzindən, ağır pandemiya dövründə yaşadıqlarından bəhs etdi.
- Ora getmədən öncə çətin olacağından çəkinmirdin?
- Bəzi çətinliklərlə üzləşəcəyim mənə məlum idi və buna görə biraz çəkinirdim, lakin, gözlədiyimdən daha rahat oldu. Komandaya sadəcə 2 həftəyə adaptasiya oldum...
- İspanlar səni necə qarşıladı?
- Əlbəttə, bizim insanlarımızla burdakı insanların xarakterləri arasında müəyyən fərqlər var, lakin, məni çox yaxşı qarşıladılar. Bu səbəbdən, mən də özümü çox rahat hiss etdim.
- Onların yeməklərinə alışa bildinmi, sənə ən çox nə qəribə gəldi?
- Yeməklər gəlincə isə İspaniyada anladım ki, Azərbaycan mətbəxinə heç bir mətbəx çata bilməz...Mənim üçün ən qəribə olan yeməklər heç dadmadığım dəniz məhsulları idi.
- Uzun müddətdir ordasan və arxada qalan dövr ərzində vətənə qayıtmamısan? Ən çox kim və nə üçün darıxmısan?
- Xeyr, burda qaldığım müddət ərzində vətənimə qayıtmamışam... Ən çox ailəm və anamın yeməkləri üçün darıxmışam. Ailədən, dostlarımdan, komanda yoldaşlarımdan və məşqçilərimdən uzaq qalmaq mənə bəzən ağır gəlir. Amma, qarşında bir məqsədin varsa, ona çatmaq üçün çalışmalı və bəzi çətinliklərlə sinə gərməlisən.
- İspanlar Azərbaycan futbolu haqda nə bilir?
- Açıqcası düzünü desəm çox az məlümatları var. O məlumatlar Bakıda keçirilən Avropa Liqasının finalı və Çempionlar Liqasında baş tutan Qarabağ-Atletiko Madrid qarşılaşması ilə məhdudlaşır. Mənim məqsədim burda Azərbaycan bayrağını yüksəldib və Azərbaycan futbolunu tanıtmaqdır. Mən bu inancla yaşayıram, çalışıram.
- Səncə bizim futbolçular niyə legioner həyatı yaşaya bilmir, onlara nə mane olur?
- Bizim ölkədə futbol klublarımızın akademiyası çox zəif olduğundan problemlərlə üzləşirik. Hər şey ordan başlamalıdı. Sadalanan problemlərə baxmayaraq, son zamanlarda legioner həyatı yaşayan futbolçularımız var. Amma, sayımız çox azdır və mənim düşüncəmə görə legioner həyatı yaşayan futbolçularımıza müəyyən mənada mənəvi dəstək olunmadığı üçün onlar vətənə geri qayıdırlar.
- İspaniyanın paytaxtı Madriddə erməni işğalı əleyhinə mitinqə qatılmışdın, orda Qarabağ həqiqətlərini bilirlərmi, bu barədə komanda yoldaşlarına həqiqətləri çatdırırsanmı?
- Həmin mitinqə Valensiyadan yollanmışdım, bu mənim bir azərbaycanlı kimi müqəddəs borcum idi. İspaniyada yaşayan hər bir azərbaycanlı birlik nümayiş etdirərək, erməni işğalını bütün dünyaya tanıtdırmalıdır. Mənim burdakı dost çevrəmdə bu barədə daim söhbətlər edirik, ispanlara ermənilərin torpaqlarımızı işğal etməsindən, Qarabağ həqiqətlərindən, Xocalı soyqırırmından bəhs edirəm.
- Məşqlərin davam edirmi? Biz gələcəkdə Ayxanın səsini haralardan eşidəcəyik?
- Hal-hazırda bütün gənclər komandaları məşqlərini dayandırıb. Buna baxmayaraq, mən özəl məşqçim Alekslə fərdi məşqlərə davam edirəm. Bir müddət sonra komanda ilə məşqlərə başlayacağıq. Oturub səbirsizliklə gözləyirəm(gülür). Bir futbolçu olaraq mənim üç hədəfim var. Onlara çatdıqdan sonra sizin sualınızın ikinci hissəsinə cavab verə biləcəm.
- Maraqlı gəldi, hansı hədəflərdir onlar?
- İlk hədəfim Azərbaycan milli komandasında oynamaq və uğur qazanmaqdır. İkinci hədəfim isə Çempionlar Liqasının kubokunu kapitan olaraq qaldırmaqdır. Üçüncü hədəfim isə "Real Madrid" futbol klubunun şərəfini qorumaqdır. Bilirəm, bunlar çox çətin və əlçatmaz hədəflər kimi görünür, amma mənim bura gəlməkdə məqsədim ən azından bu hədəflərdən birinə çatmaqdı.
- Ayxan, arxaya boylananda nə görür?
- İspaniyaya gələndə dili bilməyən, nə ilə üzləşəcəyini təxmin etməyən, müəmmalar içində qalan, amma sonradan özünü bir valensiyalı kimi hiss edən məqsədi olan futbolçuya çevrilən birini görürəm.
Sonda sizi Ayxanın İspaniyada gündəlik yaşam tərzindən bəhs edən görüntülərlə baş-başa buraxırıq.
Söhbətləşdi: Araz Əhmədov
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 32 | 23 | 4 | 5 | 85-32 | 73 |
2 | Sumqayıt | 32 | 13 | 11 | 8 | 33-34 | 50 |
3 | Neftçi | 32 | 14 | 8 | 10 | 43-33 | 50 |
4 | Zirə | 32 | 13 | 10 | 9 | 29-20 | 49 |
5 | Sabah | 32 | 14 | 7 | 11 | 46-38 | 49 |
6 | Səbail | 32 | 11 | 9 | 12 | 47-51 | 42 |
7 | Turan Tovuz | 32 | 11 | 9 | 12 | 47-47 | 42 |
8 | Araz-Naxçıvan | 32 | 9 | 8 | 15 | 29-44 | 35 |
9 | Kəpəz | 32 | 9 | 7 | 16 | 37-59 | 34 |
10 | Qəbələ | 32 | 4 | 5 | 23 | 23-61 | 17 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | QF | X |
1 |
Araz-Naxçıvan |
19 |
16 |
2 |
1 |
146 |
27 |
119 |
50 |
2 |
Baku Fire |
19 |
12 |
5 |
2 |
144 |
48 |
96 |
41 |
3 |
Neftçi İK İB |
19 |
12 |
3 |
4 |
169 |
60 |
109 |
39 |
4 |
Yasamal Bakı |
19 |
6 |
2 |
11 |
81 |
161 |
-80 |
20 |
5 |
U-19 |
19 |
2 |
3 |
14 |
65 |
148 |
-83 |
9 |
6 |
Record club |
19 |
1 |
1 |
17 |
32 |
193 |
-161 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 57, Kənan Manafov (Baku Fire) - 52, Rüstəm Bağırov (Yasamal Bakı) - 42 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 23 | 14 | 7 | 2 | 39-15 | 49 |
2 | İmişli | 23 | 13 | 7 | 3 | 36-16 | 46 |
3 | Şamaxı | 23 | 12 | 9 | 2 | 49-19 | 45 |
4 | MOİK | 23 | 12 | 6 | 5 | 44-23 | 42 |
5 | Karvan | 23 | 10 | 5 | 8 | 30-28 | 35 |
6 | Zaqatala | 23 | 6 | 8 | 9 | 28-30 | 26 |
7 | Mingəçevir | 23 | 7 | 4 | 12 | 17-32 | 25 |
8 | İrəvan | 23 | 7 | 2 | 14 | 25-48 | 23 |
9 | Difai Ağsu | 23 | 4 | 5 | 14 | 27-40 | 17 |
10 | Araz Saatlı | 23 | 3 | 1 | 19 | 24-68 | 10 |