
Bəndədən qorxunuz yoxdur, Allahdan qorxun! - YAZI
Azərbaycanda pandemiyadan əziyyət çəkən sahələrin başında bəlkə də futbol durur. Onsuzda acınacaqlı durumda olan futbolumuzu, koronavirus kabusu və karantin rejimi daha da geriyə saldı.
Azərbaycan Premyer Liqası yarımçıq dayandırıldı, klublar sos verməyə başladı. Bu durumdan ən çox əziyyət çəkən isə uşaq futbolu oldu. 5 aydan çoxdur məşq prosesinə həsrət qalan uşaq, yeniyetmə və gənc futbolçuların düşdüyü vəziyyət heç kimi maraqlandırmır. Üstəlik, bu sahədə çalışan, AFFA-nın qanadı altına sığınan klubların uşaq komandalarının məşqçiləri 4-5 aydır maaş üzünə həsrət qalıblar.
Düzdür, bu haqda heç kim danışmır və heç kim yazmır, ancaq, hazırda ölkə futbolunda ən çətin işin qulpundan yapışaraq, ən aşağı maaşa çalışan məşqçilərimizin vəziyyəti həqiqətən ağırdı. Onların böyük əksəriyyətinin rəsmi iş yeri, əmək müqaviləsi olduğuna görə, pandemiyaya görə verilən müavinətlərdən də yararlana bilməyiblər.
Burdan yuxarıda oturub gözü aşağını görməyən "futbol başbilənləri"nə səslənirəm - Bu insanların ailələri, övladları var. Onlar yaşlı və xəstə valideynlərinə baxırlar. 5 aydır maaş almayan və başqa qazanc yeri olmayan bu insanları görməməzlikdən gəlməyin. Zamanı gələndə Allah qarşısında cavab verməli olacaqsız. Onsuzda bəndədən qorxunuz yoxdur!
Araz Əhmədov

№ | Komanda | o | x |
1 | Qarabağ | 1 | 3 |
2 | Neftçi | 1 | 3 |
3 | Keşlə | 1 | 3 |
4 | Qəbələ | 1 | 1 |
5 | Zirə | 1 | 1 |
6 | Səbail | 1 | 0 |
7 | Sumqayıt | 1 | 0 |
8 | Sabah | 1 | 0 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Turan-Tovuz | 17 | 37 |
2 | Səbail-2 Zaqatala | 18 | 36 |
3 | Zaqatala | 17 | 35 |
4 | Sabah-2 | 18 | 32 |
5 | Neftçi-2 | 18 | 29 |
6 | Kəpəz | 18 | 28 |
7 | Keşlə-2 | 17 | 25 |
8 | Sumqayıt-2 | 17 | 24 |
9 | Qarabağ-2 | 17 | 24 |
10 | MOİK | 16 | 19 |
11 | Ağsu | 18 | 13 |
12 | Zirə-2 | 17 | 11 |
13 | Qaradağ Lökbatan | 18 | 7 |