reklam
Bu gün 4-cü divizionun oyunları start götürəcək
Sportfm.az xəbər saytı

Bu gün 4-cü divizionun oyunları start götürəcək


İyulun 31-də tarixdə ilk dəfə onlayn formatda keçirilən Ümumdünya Şahmat Olimpiadasının 4-cü divizionunun oyunları başlayacaq.

Sportfm.az xəbər verir ki, oyunlarda baza divizionunun 12 qalibi (Myanma, Livan, Kipr, Bruney Darüssalam, Qətər, Aruba, Pakistan, Bəhreyn, Haiti, Oman, Liberiya və Mavritaniya) də daxil olmaqla 50 komanda (hər biri 10 komandadan ibarət 5 qrup) mübarizə aparacaq. Nəticədə, hər komandadan ilk 3-də yer alan yığmalar 3-cü diviziona vəsiqə qazanacaqlar. Dördüncü divizionun oyunları avqustun 2-dək davam edəcək.

Xatırladaq ki, baza divizionun oyunları iyulun 25-dən 27-dək keçirilib. Turnirə ümumilikdə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. 

Olimpiada avqustun 30-dək davam edəcək.

Oxşar xəbərlər

Şahmat Olimpiadasında top-divizionun oyunları keçiriləcək - 40 komanda mübarizə aparacaq
Şahmat Olimpiadası davam edir
Divizionda 12 komanda növbəti mərhələyə yüksəldi
Rusiyadakı olimpiada baş tutmayacaq
Qadınlardan ibarət milli on ildən sonra bərpa olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər